Roma prokurorları İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravinanı maliyyə fırıldaqları ilə bağlı araşdırmaya başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Məlumata görə, Qravinanın dindirilməsi təxminən bir saat davam edib. Federasiya rəhbəri 2018-ci ildən Lega Pro futbol kanalı üçün tenderi İsg Ginkoya verərkən mənimsəmə və çirkli pulların yuyulmasında şübhəli bilinir. Qeyd olunur ki, İtaliya hakimiyyəti onu rəsmi olaraq şübhəlilər siyahısına daxil edib.
Qravina 2018-ci ilin oktyabrından İtaliya federasiyasına rəhbərlik edir. 2021-ci ilin aprelində o, həm də Avropa Futbol Assosiasiyaları İttifaqının vitse-prezidenti olub.