Azad edilən ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək

17:00 - 7 Mart 2024 - ÖLKƏ İÇİ

Bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək.

Ucnoqta.az xəbər verir ki,  bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

“Həmin vaxta qədər də o yerlərə yenə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”, - o qeyd edib.

Qeyd edək ki, fevralın 7-də keçirilən prezident seçkiləri zamanı azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qey­də alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.

Xəbər xətti