Pakistan Beynəlxalq Hava Yollarına məxsus təyyarənin mühərrikində nasazlıq yaranıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Aero Inside” portalı yazıb.
Martın 6-da Mədinədən İslamabada uçan təyyarədə gözlənilməz vəziyyət yaranıb.
Hadisə zamanı təyyarənin göyərtəsində sərnişinlərin olduğu qeyd edilir. Bildirilir ki, təyyarə komandiri ən yaxın hava limanına təcili eniş etmək qərarına gəlib.
Nəticədə təyyarə təhlükəsiz şəkildə Maskat (Oman) hava limanına enib. Ekipaj üzvləri və sərnişinlərdən heç kim xəsarət almayıb.