Avropa İttifaqı üzv ölkələrə Aleksey Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edəcək.
Ucnoqta.az xəbər verir ki, Bloomberg bu barədə əlində olan sənədə istinadən məlumat yayıb.
Belə ki, məhdudiyyətlər 35 fiziki və 2 hüquqi şəxsə şamil oluna bilər. O cümlədən, dövlət məmurları, hakimlər, həbsxana məmurları, eləcə də İK-3 və İK-6 koloniyaları sanksiyalara məruz qalacaq.