Avropa tarixində fevral ayında ən isti hava qeydə alınıb

12:47 - 7 Mart 2024 - DÜNYA

Avropalı meteoroloqlar tarixdə Yer kürəsində ən isti fevralı qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse Avropanın iqlim tədqiqatı Kopernik proqramının məlumatlarına istinadən yazıb.

Alimlərin fikrincə, bu ilin fevral ayı dünyanın “rekordlarda ən isti” ayına çevrilib. Eyni zamanda, Avropada rekord yüksək temperaturla doqquzuncu ay olub.

Alimlər həmçinin bildirirlər ki, dünya okeanlarının temperaturu bir ilə yaxındır ki, normadan yüksəkdir. Üstəlik, fevralda suyun səthində orta temperatur (qütb bölgələri istisna olmaqla) rekord həddə - 21,06 dərəcə olub.

Xəbər xətti