Hindistan genişmiqyaslı hərbi təlimlərə başlayır

11:44 - 7 Mart 2024 - DÜNYA

Hindistan Silahlı Qüvvələri martın 12-də Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin "Bharat Şakti" genişmiqyaslı inteqrasiya manevrini keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Cənubi Asiya respublikasının Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Manevrlər zamanı Hindistan şirkətləri tərəfindən istehsal olunan 60-a yaxın silah sisteminin döyüş qabiliyyəti, o cümlədən "BrahMos" səsdən sürətli qanadlı raketlər, “Akaş” zenit-raket kompleksləri, "Svati" artilleriya kəşfiyyat stansiyaları, “Vajra” özüyeriyən haubitsaları, “Pinaka” reaktiv yaylım atəş sistemləri və digər silahlar nümayiş etdiriləcək.

Manevrlərə “Tejas” döyüş təyyarələri və yüngül atəşə dəstək verən “Prachand” helikopterləri, ən son artilleriya sistemləri ilə təchiz edilmiş döyüş gəmiləri, torpedo silahları və pilotsuz uçuş aparatları ilə müşayiət olunacaq.

Xəbər xətti