Yunanıstanın “Proto Tema” qəzetinin bir gün əvvəl yazdığı Odessada partlayış Ukrayna prezidenti Vladimir Zelenskinin və Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin kortejinin 500 metrliyində baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, kortej iştirakçıları zərbəni hiss edib və “göbələk formalı buludu” müşahidə ediblər. Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençukun telekanala verdiyi məlumata görə, nə Zelenski, nə də Mitsotakis xəsarət almayıb.
Martın 6-da Yunanıstanın baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya gələrək Zelenski ilə görüş keçirib. Yunan qəzeti yazır ki, Odessada Mitsotakisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətinin 150 metrliyində olan Ukrayna prezidentinin korteji günorta saatlarında pilotsuz təyyarə ilə hücuma məruz qalıb.