Yaponiya Müdafiə Nazirliyi martın 19-da və 20-də Tokioda Sakit okeanda yerləşən 14 kiçik ada dövlətinin hərbi və polis idarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirməyi planlaşdırır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, görüşdə xüsusilə gəmiçilik xətlərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün birgə tədbirlər müzakirə olunacaq.
Məlumata görə, görüşdə müdafiə nazirləri səviyyəsində Papua-Yeni Qvineya və Fici kimi silahlı qüvvələri olan Sakit okean ölkələri təmsil olunacaq. Ordusu olmayan kiçik dövlətlər polis və ya digər təhlükəsizlik strukturlarının rəhbərlərini göndərəcək.