Ağ Ev "TikTok"u qadağan edən qanun layihəsini dəstəkləyib

00:25 - 7 Mart 2024 - DÜNYA

 Ağ Ev ABŞ konqresmenlərinin Çinin ByteDance texnologiya şirkəti ilə əlaqələri davam etdirəcəyi təqdirdə ölkədə "TikTok" sosial şəbəkəsinə mümkün qadağa ilə bağlı irəli sürdüyü qanun layihəsini dəstəkləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Biz görürük ki, bu qanun layihəsi çox vacibdir. Biz konkret problemin həlli üçün indiki səylərdə bu addımı dəstəkləyirik", - o deyib.

Jan-Pyer əlavə edib ki, ABŞ prezidenti Co Bayden qanun layihəsi konqresmenlər tərəfindən yekunlaşdıqdan sonra onu imzalayacaq. 

Ağ Evin mətbuat katibi vurğulayıb ki, Amerika administrasiyası bu təşəbbüsü "TikTok" tətbiqinin özünə qadağa kimi qəbul etmir.

Xəbər xətti