Ermənistanın müdafiə naziri Suren Papikyan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Karai Aştiani ilə müdafiə sahəsində əməkdaşlığın hazırkı tərəqqisini və inkişaf perspektivlərini müzakirə edib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, nazirlər beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması ilə bağlı mövqelərini təsdiqləyiblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə bir sıra razılaşmalar əldə olunub.