ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Fox News kanalında deyib.
"Təşviqat kampaniyasını dayandırmağın vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam" - Heyli qeyd edib.
Associated Press-in qeyd etdiyi kimi, Heylinin yarışdan geri çəkilməsi Trampı Respublikaçılar Partiyasından prezident seçkilərində əsas namizəd edib. ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsinin sözlərinə görə, indi Donald Tramp onu dəstəkləməyənlərin səsini qazanmalı olacaq.
Heyli seçicilərini qarşıdan gələn seçkilərdə keçmiş prezident Donald Trampı dəstəkləməyə çağırmayıb.