Yəmən sahillərində gəmiyə növbəti hücum olub
Ucnoqta.az xəbər verir ki, Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Yəmən sahillərində gəmiyə yeni hücum barədə məlumat verib.
"UKMTO Yəmənin Ədəndən 54 dəniz mili cənub-qərbində baş vermiş insidentlə bağlı məlumatlandırılıb. Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - bildirilir.