Bakı-Ağstafa marşrutu üzrə reyslərin sayı artırılacaq

13:58 - 6 Mart 2024 - ÖLKƏ İÇİ

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 8 Mart günü ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını təmin etmək məqsədilə əlavə qatar reysləri təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:45-də isə Ağstafadan Bakıya yola düşəcək.

Bildirilib ki, Abşeron dairəvi dəmiryol xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Xəbər xətti