Bolqarıstan parlamenti hökumətin istefasını qəbul etdi

13:46 - 6 Mart 2024 - DÜNYA

Bolqarıstan Xalq Məclisi (Parlamenti) Baş nazir Nikolay Denkovun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib

Ucnoqta.az xəbər verir ki, 216 deputat bu qərarın lehinə yekdilliklə səs verib. Hökumətin istefası ilə bağlı təklif martın 5-də parlament aparatına daxil olub.

Konstitusiyaya uyğun olaraq, Denkovun kabineti davamlılığı təmin etmək üçün Bolqarıstanın yeni hökuməti seçilənə qədər fəaliyyət göstərəcək.

Xəbər xətti