Bolqarıstan Xalq Məclisi (Parlamenti) Baş nazir Nikolay Denkovun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib
Ucnoqta.az xəbər verir ki, 216 deputat bu qərarın lehinə yekdilliklə səs verib. Hökumətin istefası ilə bağlı təklif martın 5-də parlament aparatına daxil olub.
Konstitusiyaya uyğun olaraq, Denkovun kabineti davamlılığı təmin etmək üçün Bolqarıstanın yeni hökuməti seçilənə qədər fəaliyyət göstərəcək.