İki həftə ərzində 50 məktəbdə monitorinq aparılıb, pozuntular aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə APA-nın sualına cavab olaraq deyib.
“Davamiyyətlə bağlı son iki həftədə təxminən 50-yə yaxın məktəbdə olmuşuq. Monitorinqlər Bakı, Abşeron və digər ərazilərdə aparılıb. Pozuntular aşkar edilib. Pozuntu aşkar edilən məktəblərdə müvafiq tədbirlər görülüb”.
Agentlik direktoru onu da əlavə edib ki, bu monitorinqlərdə təkcə davamiyyət deyil, digər məqamlar da yoxlanılıb.