"Bavariya"nın baş məşqçisi barmağını sındırıb

11:05 - 6 Mart 2024 - İDMAN

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Romada "Latsio" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu öncəsi soyunub-geyinmə otağında barmağını sındırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, matça hazırlıq zamanı futbolçuları motivasiya edən zaman zədələnib.

“Mən motivasiya xarakterli çıxışdan əvvəl paltardəyişmə otağında qutuya vurdum və baş barmağımı əzdim. İndi ayaqqabımı çıxara biləcəyimə əmin deyiləm. Komanda mənim demək olar ki, bütün 90 dəqiqə niyə oturduğumla çox maraqlandı”, - Tuxel bildirib.

Xəbər xətti