PSJ-nin prezidenti Nasser Al-Xelaifi futbolçu Kilian Mbappe ilə komandanın baş məşqçisi Luis Enrike arasında yarana biləcək münaqişə ilə bağlı sualı cavablandırıb
Ucnoqta.az RMC Sport-a istinadən xəbər verir ki, o, klubun mentorunun yanında olacağını qeyd edib.
“Enrike ilə münaqişə? Məşqçi qərar verir. Biz onun arxasındayıq, bu mütləqdir. Ən vacibi Paris Saint-Germain komandasıdır”, - Xelaifi bildirib.
Mbappe hələ də "Real Madrid"lə müqavilə imzalamayıb və hələ də şəxsi şərtlərlə danışıqlar aparır. PSJ, oyunçunun yeni komandadakı imza bonusunun bir hissəsindən imtina etməsini istəyir, çünki o, kluba pulsuz getməyəcəyinə söz vermişdi.
Eyni zamanda, forvard PSJ-dən ona verilən 80 milyon avro məbləğində loyallıq bonusundan imtina etməyə artıq razılaşıb.