İsrail Britaniyanın göndərdiyi su filtrlətini Qəzzaya buraxmadı

08:37 - 6 Mart 2024 - DÜNYA

İsrail Britaniya hökumətinin Qəzza zolağına humanitar yardım kimi təqdim etdiyi su filtrlərinin təhlükə yaratdığını bildirərək çatdırılmasına mane olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Britaniya parlamentinin üzvü Rosena Allin-Xana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 1350 filtr Britaniya hökumətinin ötən ilin oktyabrında Qəzzaya göndərdiyi humanitar yardım paketinin bir hissəsi idi, lakin İsrail hakimiyyəti təhlükə olduğunu nəzərə alaraq yükü Fələstin anklavına buraxmayıb. 

Xəbər xətti