Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Qırmızı dənizdə Amerikanın iki esminesinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya çıxış edib.
“Yəmən silahlı qüvvələri Qırmızı dənizdə iki Amerika esminesinə hücum etdiyi əməliyyat həyata keçirib”, – Saria Husilərin nəzarətində olan Al Masirah telekanalında deyib. Onun sözlərinə görə, hücumda gəmi əleyhinə raketlərdən və pilotsuz təyyarələrdən istifadə edilib.