Çində 5,3 bal gücündə zəlzələ olub

10:01 - 5 Mart 2024 - DÜNYA

Pekin vaxtı ilə saat 10:07-də ​​Zade qraflığında (Çinxay əyaləti, Şimal-Qərbi Çinin Yuşu Tibet Muxtar Prefekturası) 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin mənbəyi 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəbər xətti