Husilərin iki qanadlı raketi vurulub

09:19 - 5 Mart 2024 - DÜNYA

ABŞ ordusu Ənsar Allah hərəkatından husilərə məxsus iki gəmi əleyhinə qanadlı raketi vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə ABŞ Silahlı Qüvvələrinin X Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edilir ki, hər şey martın 4-ü saat 20:00-da baş verib. Eyni zamanda, komandanlığın mətbuat xidmətinin məlumatına görə, zərbələr özünümüdafiə məqsədi ilə həyata keçirilib və bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradan raketlər vurulub.

Xəbər xətti