İranın cənub-şərq bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 13 min nəfər əhalisi olan Fanuc şəhərindən 50 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.