"Çelsi" nin keçmiş futbolçusundan Ronaldoya cavab

07:34 - 5 Mart 2024 - İDMAN

"Çelsi"nin keçmiş futbolçusu Frank Leboeuf Səudiyyə Ərəbistanı çempionatının Fransa milli çempionatından yaxşı olduğunu deyən "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun sözlərinə münasibət bildirib və bunun argentinalı hücumçu Lionel Messiyə görə dediyini izah edib.

Ucnoqta.az xəbər verir ki, onun sözlərini Goal nəşri yazıb.

"Kriştiano Ronaldonun Səudiyyə liqasının Liqa 1-dən daha yaxşı olması ilə bağlı sözlərindən əsəbiləşdim. Sizcə, niyə o, Portuqaliya çempionatı haqqında deyil, Liqa 1 haqqında deməyə qərar verdi? Bunun səbəbi Lionel Messinin Liqa 1-də oynamasıdır”.

Messi iki il PSJ-də çıxış edib.

Xəbər xətti