KXDR-dən ABŞ və Cənubi Koreyaya XƏBƏRDARLIQ

05:05 - 5 Mart 2024 - DÜNYA

Şimali Koreya Cənubi Koreya və ABŞ-nın birgə genişmiqyaslı hərbi təlimlərini pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.

“KXDR Müdafiə Nazirliyi ABŞ və Koreya Respublikasının daha açıq şəkildə hərbi təhdid yaradan və suveren dövlətə təcavüzə cəhd göstərən ehtiyatsız hərbi təlimlərini qətiyyətlə pisləyir və onları təxribatçı və sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa dair ciddi xəbərdarlıq edir”- məlumatda deyilir.

Qeyd olunur ki, bu birgə təlimlər “heç bir halda müdafiə xarakteri daşıya bilməz”, çünki onlar KXDR-ə, “Koreya yarımadasında ən kiçik qığılcımın belə nüvə müharibəsinə səbəb ola biləcəyi şəraitin yaradıldığı bir dövlətə” qarşı yönəlib.

Xəbər xətti