Rusiya prezidenti Vladimir Putinin Qərbin Ukraynadakı münaqişəyə müdaxiləsinin nüvə münaqişəsinə gətirib çıxara biləcəyi ilə bağlı bəyanatları fonunda ABŞ nüvə qüvvələrinin döyüş hazırlığının səviyyəsini artırmaq niyyətində deyil.
Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Biz nüvə qüvvələrimizin döyüş hazırlığının səviyyəsini dəyişdirmək üçün heç bir səbəb görmürük”, - o, Rusiya liderinin müvafiq bəyanatını şərh edərkən deyib.
Eyni zamanda Miller prezidentin ritorikasını pisləyib. Həmçinin Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun Ukraynaya qoşun yeritmək niyyətində olmadığını bir daha vurğulayıb.