Fransada qadınların hamiləliyini könüllü olaraq dayandırmaq hüququ konstitusiya ilə təsbit olunub. Avropa ölkəsi dünyada abort hüququnu Konstitusiyaya daxil edən ilk dövlət olub.
Ucnoqta.az “France 24”ə istinadən xəbər verir ki, martın 4-də Fransa parlamentinin hər iki palatası Versal sarayında ölkənin əsas sənədinə müvafiq düzəlişləri təsdiqləmək üçün iclas keçirib.
Fransa Konstitusiyasının yeni maddəsinin sərlövhəsi belədir: “Qadınların hamiləliyin könüllü şəkildə kəsilməsinə sərbəst müraciət etmək hüququ qanunla təmin edilir”.
Dəyişikliyin lehinə 780 deputat, əleyhinə isə 72 deputat səs verib.