Fransa abort hüququnu Konstitusiyasına daxil edən ilk ölkə oldu

00:17 - 5 Mart 2024 - DÜNYA

Fransada qadınların hamiləliyini könüllü olaraq dayandırmaq hüququ konstitusiya ilə təsbit olunub. Avropa ölkəsi dünyada abort hüququnu Konstitusiyaya daxil edən ilk dövlət olub.

Ucnoqta.az “France 24”ə istinadən xəbər verir ki, martın 4-də Fransa parlamentinin hər iki palatası Versal sarayında ölkənin əsas sənədinə müvafiq düzəlişləri təsdiqləmək üçün iclas keçirib.

Fransa Konstitusiyasının yeni maddəsinin sərlövhəsi belədir: “Qadınların hamiləliyin könüllü şəkildə kəsilməsinə sərbəst müraciət etmək hüququ qanunla təmin edilir”.

Dəyişikliyin lehinə 780 deputat, əleyhinə isə 72 deputat səs verib.

Xəbər xətti