Ronaldo Rusiya vətəndaşlığını ala bilməyəcək

01:04 - 5 Mart 2024 - İDMAN

Ronaldonun agenti bildirib ki, onun müştərisi Rusiya vətəndaşlığını ala bilməyəcək

Ucnoqta.az xəbər verir ki, “Rostov” futbol klubuna yeni gələn Ronaldonun agenti Xulio Sezar Qranya “RB Sport”a şərhində bildirib ki, müştərisi Rusiya vətəndaşlığını ala bilməyəcək.

“Hazırda Ronaldo hər şeydən həzz alır. O, Rusiya pasportu ala biləcəkmi? Bu, qeyri-mümkün olacaq, çünki onun artıq Bolqarıstan vətəndaşlığı var”, - agent bildirib.
23 yaşlı yarımmüdafiəçi yanvarın ortalarında Bolqarıstanın "Levski" klubundan "Rostov"a keçib.

Xəbər xətti