UEFA Çempionlar Liqasının yeni formatını açıqlayıb

00:15 - 5 Mart 2024 - İDMAN

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/2025 mövsümündən etibarən Çempionlar Liqasının yeni formatı ilə bağlı açıqlama verib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.
UEFA turnirin İsveçrə sistemi ilə keçiriləcəyini və bu sistemə əsasən 36 klubun eyni turnir cədvəlində yer alacağını bildirib. Hər komanda dörd evdə və səfərdə olmaqla səkkiz oyun keçirəcək. İlk səkkiz klub avtomatik olaraq pley-offa vəsiqə qazanacaq, qalanları isə daha səkkiz yer uğrunda mübarizə aparacaq.

Çempionlar Liqasının yeni formatı 2022-ci ilin mayında məlum olub. Daha sonra əsas mərhələdə 36 klubun iştirak edəcəyi, turnirin özünün isə İsveçrə sistemi üzrə keçiriləcəyi bildirilib.

Xəbər xətti