Fələstin prezidenti Mahmud Abbas üç günlük rəsmi səfərlə Türkiyəyə gəlib.
Ucnoqta.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, Abbası hava limanında bir sıra türk rəsmiləri, həmçinin Türkiyədə akkreditə olunmuş ərəb səfirləri qarşılayıblar.
Səfər zamanı Abbasın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Danışıqların əsas mövzularından biri Fələstin-İsrail münaqişəsi zonasında, o cümlədən Qəzza zolağında vəziyyət olacaq.