Ermənistanın indiki hakimiyyətinin Rusiyaya qarşı siyasəti bəzi hallarda xəyanətə bənzəyir.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Mikael Ambartsumyan deyib.
“Dünyada 44 günlük müharibədə Ermənistan üçün hərbi-siyasi imkanları ilə Rusiyadan daha çox işlər görən ikinci ölkə yoxdur.Bu, nə indiki hakimiyyət tərəfindən, nə də həddindən artıq rusofob qüvvələr tərəfindən təkzib edilə bilməyən faktdır. Müharibə illərində Rus qoşunlarının Sünikdə yerləşdirilməsi, Rusiya bayrağının dalğalandığı hər bir yeni güclü nöqtənin yaradılması biz həvəslə və hisslə qəbul edirdik ki, bizim yanımızda güclü müttəfiqimiz var.O, düşməni cilovlayan qüvvə idi. Nankorluq etmək olmaz. Bəzi hallarda bu, xəyanətə bənzəyir". , - deyə Ambartsumyan öz Facebook səhifəsində yazıb .
“Rusiya strateji müttəfiq mövqeyində idi və sonda onun səyləri ilə müharibə dayandırıldı, bunu da xatırlamaq və qiymətləndirmək lazımdır” - o, deyib.