Şahbaz Şərif Pakistanın baş naziri kimi and içib

16:06 - 4 Mart 2024 - DÜNYA

Pakistan Müsəlman Liqasının (N) sədri Şahbaz Şərif Pakistanın yeni 24-cü baş naziri kimi and içib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Bir gün əvvəl Milli Assambleyanın 336 deputatından 201-i PML-N liderinə səs verib. Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədə Şərifin rəqibi, Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olan Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan 92 səs toplayıb.

Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustuna qədər Pakistan hökumətinə rəhbərlik edib. Onun sələfi, Ədalət Uğrunda Hərəkatının sədri İmran Xan parlamentdə etimadsızlıq səsverməsi nəticəsində Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

Xəbər xətti