Karyera və Psixologiya Mərkəzinin İSİM layihəsinin əhatə dairəsi genişlənməkdədir.
Ucnoqta.az xəbər verir ki, layihə çərçivəsində ibtidai sinif müəllimləri üçün təlimlər keçirilir, İSİM metodikasının effektivliyi izah edilir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan təlimlərdə bölgələrdə çalışan ibtidai sinif müəllimləri iştirak edir. Təlimin əsas mövzusu şagirdlərin dərslərə köklənməsinin artırılması və dərsləri daha yaxşı mənimsəməsinin təmin olunmasıdır.
Növbəti belə təlimlər Şəmkir və Tovuz müəllimləri üçün də təşkil edilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şəmkir şəhər Cahangir Rüstəmov adına məktəbin akt zalında baş tutan təlimdə 250-dən çox Şəmkir ibtidai sinif müəllimi, Tovuz rayonu Yusif Sadlqov adına Bozalqanlı kənd məktəbin akt zalında keçirilən təlimdə isə 200-dən çox Tovuz ibtidai sinif müəllimi iştirak edib.
Təlimdə karyera-psixologiya üzrə mütəxəssis, ABŞ-ın Milli Karyera İnkişafı Assossiasiyasının üzvü, DİM-in “Abituriyentin bələdçisi” kitabının və İSİM metodikasının müəllifi Samir Vəliyev ibtidai sinif şagirdlərinin düzgün inkişaf yolları barədə çox vacib məqamlara toxunub.
Önəm verilməyən əhəmiyyətli nüanslar, valideyn səhvləri və bu səhvlərin fəsadları barədə danışan Samir Vəliyev şagirdlərin dərslərə köklənə bilməsi üçün hədəfin necə formalaşdırılması, həmçinin şagirdlərin dərsləri daha yaxşı mənimsəməsi üçün effektiv üsullar barədə müəllimlərə əhəmiyyətli tövsiyyələr verib.
Qeyd edək ki, İSİM layihəsində layihəsində aktiv iştirak edən müəllimlər Layihə müəllimi adını qazanırlar və onlar öz şagirdlərini İSİM metodikası ilə inkişaf etdirirlər.