Qırğızıstanda 5,3 bal gücündə zəlzələ olub

11:26 - 4 Mart 2024 - DÜNYA

Qırğızıstanda 5,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, maqnitudası 5,3-ə çatan zəlzələnin episentri Qırğızıstanla Qazaxıstan sərhədi yaxınlığında, Qazaxıstanın Almatı şəhərindən 43 km cənub-şərqdə və Qırğızıstanın Çolpon-Ata kurort şəhərindən 27 km şimalda yerləşib.

Xəbər xətti