Almatıda 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi martın 4-də yerli vaxtla saat 11:22-də zəlzələ qeydə alıb. Zəlzələnin episentri şəhərdən 31 km cənubda yerləşir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ Alma-Ata vilayətində 5 bal, Jetısu vilayətində 2 bal gücündə hiss olunub