Kanada hakimiyyəti anti-Rusiya sanksiyaları siyahısına Aleksey Navalnının öldüyü Xarp kəndindəki islah koloniyasının rəisi Vadim Kalinin də daxil olmaqla, daha altı ad əlavə edib.
Ucnoqta.az xəbər verir ki, bBu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənədlərdə deyilir.
Siyahıya həmçinin Aleksandr Varapaev (1988-ci il təvəllüdlü), Marina Bobek (1986-cı il təvəllüdlü), Yekaterina Frolova (doğum ili göstərilmədən) və Kirill Nikiforov (1992-ci il təvəllüdlü) daxildir.