"Qarabağ" "Neftçi"ni məğlub etdi

21:55 - 3 Mart 2024 - İDMAN

Azərbaycan Premyer Liqasının XXV turunun son oyunu keçirilib.

Ucnoqta.az xəbər verir ki, "Neftçi Arena"da "Neftçi" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin 4:1 qələbəsi ilə yekunlaşıb. Oyunda Nəriman Axundzadə, 47 (0:1), Toral Bayramov, 60-pen. (0:2), Filip Ozobiç, 71-pen. (1:2), Toral Bayramov, 90+3 (1:3), Leandro Andrade, 90+7 (1:4) fərqlənib

Xallarını 60-a çatdıran "Qarabağ" ikinci yerdə olan "Səbail"dən 23 xal öndədir. 

3 mart (bazar)

19:00. “Neftçi” – “Qarabağ” - 1:4 

Xəbər xətti