Salyanda 11-ci sinif şagirdinin ana olması ilə bağlı məsələ artıq Salyan Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib.
18:29
Salyanda 11-ci sinif şagirdi ana olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. Onun bildiridiyinə görə, bununla bağlı ona müraciət olunub. Müraciətdə bildirilir ki, Salyan rayonu Pambıqkənd orta məktəbinin 11 ci sinif şagirdi ana olub:
"Həmçinin, rayonun Pambıqkəndındə məktəbli qizlar ərdə ola ola onlara qiymət yazılır. 15 yaşında qızlardan nışanlanan var. Məktəbin direktoru Dilbərın işi hal hazlrda şöbə tərəfindən araşdırılır."