Səudiyyə Ərəbistanı DÇ-2034-ə ev sahibliyi etmək üçün ərizə verib

19:52 - 1 Mart 2024 - İDMAN

Səudiyyə Ərəbistanı Futbol Federasiyası öz saytında 2034-cü ildə keçiriləcək dünya çempionatının bu ölkədə keçirilməsi ilə bağlı rəsmi müraciət dərc edib.

Ucnoqta.az xaricimətbuata istinadən xəbər verir ki, kampaniyanın şüarı “Böyüyürük. Birlikdə” ifadəsi olub. Federasiya qeyd edib ki, bu şüar ölkənin futbol sahəsində sürətli transformasiyası ilə həm beynəlxalq futbola, həm də turnirin özünə müsbət təsiri arasında paralellik yaratmaq niyyətindədir.

Oktyabrın 4-də Beynəlxalq Futbol Federasiyası bəyan edib ki, 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün yalnız Asiya və Okeaniya ölkələri iştirak edə bilər. 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. 2030-cu il dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq, turnirin açılış matçı Uruqvayda, növbəti iki oyun Argentina və Paraqvayda baş tutacaq. 2026-cı ildən dünya çempionatlarında 48 komanda iştirak edəcək.
 

Xəbər xətti