Rusiya Federasiyasının Silahlı Qüvvələri bir həftə ərzində S-300 buraxılış qurğusunu və Norveç istehsalı olan “Nasams” hava hücumundan müdafiə sistemi döyüş maşınını məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna ordusunun texnikası əməliyyat-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qoşunları və hərbi qruplaşmaların artilleriyası tərəfindən məhv edilib.
Martın 1-də Rusiya Silahlı Qüvvələrinin son bir həftə ərzində hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə iki Ukrayna MiQ-29 qırıcısını və bir Su-25 hücum təyyarəsini vurduğu bildirilmişdi.