Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
"Ermənistan heç vaxt Azərbaycana öz ərazisindəki bəzi dəhlizlərə çıxış imkanı verməyə razı olmayıb. Biz Cənubi Qafqazın suverenliyi və ölkələrimizin ərazi bütövlüyü əsasında kommunikasiya bloku açmaq istəyirik”, - deyə o bildirib.