İrəvan Bakıya öz ərazisində dəhliz verməyə razı olmayıb - Ermənistan parlamentinin vitse-spikeri

14:31 - 1 Mart 2024 - DÜNYA

Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb.

Ucnoqta.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

"Ermənistan heç vaxt Azərbaycana öz ərazisindəki bəzi dəhlizlərə çıxış imkanı verməyə razı olmayıb. Biz Cənubi Qafqazın suverenliyi və ölkələrimizin ərazi bütövlüyü əsasında  kommunikasiya bloku açmaq istəyirik”, - deyə o bildirib.

Xəbər xətti