Hindistanın Müdafiə Nazirliyi Rusiya-Hindistan şirkəti "BrahMos Aerospace" ilə səsdən sürətli qanadlı raketlərin tədarükü üçün ümumi dəyəri təxminən 2,5 milyard dollar olan müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu raketlər Hindistan Hərbi Dəniz Qüvvələrinin döyüş texnikası və təlimləri üçün istifadə olunacaq.
"BrahMos Aerospace" şirkəti ilə 120 milyon dollarlıq başqa bir müqavilə də imzalanıb ki, bu da Hərbi Dəniz Qüvvələri üçün raket sistemlərinin tədarükünü nəzərdə tutur. Beləliklə, müqavilələrin ümumi məbləği 2,48 milyard dollar təşkil edir.