Xankəndində ötən gün odlu silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.