Azərbaycanda bu universitet bağlanır 

16:51 - 29 Fevral 2024 - Xəbər

Naxçıvan Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub. 

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. 

Nazir vurğulayıb ki, universitetin bağlanması təsisçinin qərarıdır. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcək. 

Qeyd edək ki, Naxçıvan Universiteti 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. 

Xəbər xətti