Tarixin ən bahalı futbolçusuna ağır cəza

15:57 - 29 Fevral 2024 - İDMAN

Tarixin ən bahalı futbolçularından biri olan Pol Poqba dopinqə görə 4 il müddətinə diskvalifikasiya edilib.

Ucnoqta.az xəbər verir ki, Fransa millisinin heyətində dünya çempionu və “Yuventus”un yarımmüdafiəçisi 2023-cü il avqustun 20-də İtaliya çempionatının ilk turunun “Udineze” ilə oyunundan (3:0) sonra müsbət dopinq testindən keçib. Həmin görüşdə futbolçu ehtiyat oyunçular skamyasında qalıb.

30 yaşlı Poqbanın nümunəsində "qeyri-endogen testosteron metabolitləri" aşkar edilib. Oktyabr ayında məlum oldu ki, “B” nümunəsi də müsbət olub.

2016-cı ilin avqustunda Poqba 105 milyon avroya rekord məbləğə “Yuventus”dan “Mançester Yunayted”ə keçdi və o zaman tarixin ən bahalı futbolçusu oldu.

Xəbər xətti