Qəzza zolağında həlak olan fələstinlilərin sayı 30 mini keçib, 70 mindən çox insan isə yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus X sosial şəbəkəsində məlumat verib.
“Qəzzada ölənlərin sayı 30 mini keçib, onların böyük əksəriyyəti qadınlar və uşaqlardır. 70 mindən çox fələstinli yaralanıb. Bu, dəhşətli zorakılıqdır və əzablara son qoyulmalıdır”, - deyə o yazıb.