Ən azı 24 nəfər Seneqaldan Avropa Birliyinə qayıqla qeyri-qanuni səfər etmək istəyərkən boğulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Seneqalın Seneqo xəbər portalı məlumat yayıb.
Bidlirilir ki, miqrantların cəsədləri Seneqalın Saint-Luis şəhəri yaxınlığında sahilə çıxıb. Hadisə şahidlərinin sözlərinə görə, gəmidə 327 nəfər olub. Onlardan bəziləri qaça bilib. Axtarış-xilasetmə işləri davam etdirilir, ölənlərin dəqiq sayı hələ müəyyən edilməyib.
Miqrantları daşıyan qayıq Seneqalın Joal Fadiou şəhərindən İspaniyaya məxsus Kanar adalarına doğru hərəkət edirmiş. Gəmi Sen-Lui yaxınlığında batıb.