Trampa İllinoys ştatında ilkin seçkilərdə iştirak qadağan edilib

11:59 - 29 Fevral 2024 - DÜNYA

ABŞ-nın keçmiş prezidenti Donald Trampın İllinoys ştatında Respublikaçılar Partiyasının ilkin seçkilərində iştirak qadağan edilib

Ucnoqta.az xəbər verir ki, Kuk dairəsinin məhkəməsi bu qərarı Trampın pərəstişkarlarını 2021-ci ilin yanvarında Kapitoliyə basqın etməyə təhrik etməkdə ittiham etməsi və ölkə Konstitusiyasının 14-cü düzəlişi iğtişaşçıların dövlət vəzifələrində işləməsini qadağan etməsi ilə əlaqədar qəbul edib.

İllinoys məhkəmənin Trampın praymerizdə iştirakını qadağan etdiyi üçüncü ştat olub. Bundan əvvəl Kolorado və Men ştatları qadağanı qəbul etmişdi. Lakin ABŞ Ali Məhkəməsi Trampın şikayətinə baxana qədər qərarların icrası dayandırılıb.

Xəbər xətti